Zəmi

ŞİRƏLƏR ÜÇÜN MEYVƏLƏR ƏL İLƏ YIĞILIR VƏ SEÇİLİR

Grante məhsulları üçün meyvələr tonlarla emal olunmağa göndərilən maşınla yığılmır. Yetişmiş meyvələr pikerlər - məhsul yığıcıları tərəfindən əl ilə yığılır. Yetişməmişlər meyvələr budaqda yetişmək üçün qalır. Lalıq və ya çürük müyvələr budaqdan çıxarılır və ağaclara zərər verməmək üçün ayrı qablarda yığılır. 

GRANTE ŞİRƏLƏRİ ÜÇÜN XÜSUSİ BECƏRİLMİŞ NAR NÖVLƏRİ İSTİFADƏ EDİLİR

Grante-nin tarixi, hal-hazırda 2000 hektar öz zəminində yetişən nar  ilə başlayır.

Ən təzə və sağlam meyvələrdən məhsullar yaratdığımız 50 il ərzində həqiqətən yüksək keyfiyyətli məhsullar üçün mükəmməl narın necə olduğunu anladıq. Bu səbəbdən biz,bənzərsiz iqlimi və mükəmməl torpaq tərkibi olan Göyçay rayonunda xüsusi olaraq yetişdirilən və becərilən "Güləş", "Bala Mürsəl", "Nazik Qabıq", "Şah Nar", "Qırmızı Qabıq" növlərindən istifadə edirik.

Son araşdırmalara görə, Göyçay rayonunda yetişən nar sortları seleksiya edilmiş sortlardan nəinki heç bir şəkildə geri qalmır, hətta faydalı mikroelementlər baxımından onları üstələyir.

Narın faydası barədə şübhə etmək olmaz. Çünki onlar:

– İmmuniteti möhkəmləndirir

– Qan dövranını normallaşdırır

– Az kalorili olduğundan çəki atmaq üçün əladır

– A, C və E vitaminlərindən ibarətdir, yəni antioksidanlarla doludur

– Sinir sistemini bərpa edirlər. Yəqin ki, ağ nar pərdələri həliminin sakitləşdirici içki kimi istifadə edildiyi haqqında eşitmisiniz..

– Həzm prosesini normallaşdırır

Bu səbəbdən şirələrimizdə şəkər, ətirli və qoruyucu maddələr yoxdur..

Onlar heç bir qatqısız mükəmməldir. Çünki təbiidir.